“Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq etiraf edib ki, "qırmızı şeytanlar" Antoni Martial, Aaron Wan-Bissaka və Annibal Mejbri ilə başa çatan müqavilələri uzada bilər.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Əlbəttə ki, biz onların müqavilələrini diqqətdə saxlayırıq. Müəyyən məqamları müzakirə edirik və bu məsələ ilə bağlı xəbərimiz olanda xəbər verəcəyik. Əlavə olaraq, biz Reguilon ilə bağlı yekun qərar verməliyik. Lakin “Tottenhem“da bu müzakirədə iştirak edir".

Xatırladaq ki, Serxio Reqilon “Mançester Yunayted”də icarə əsasında çıxış edir. Onun "Tottenhem"lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Antoni Martial bu mövsüm çox tənqidlərə məruz qalıb. 28 yaşlı forvard bütün yarışlarda 18 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib..

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest