Avqustun 4-6-sı aralığına təsadüf edən açılış turunda “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3, “Səbail” “Sumqayıt”a 1:4, “Qəbələ” isə “Sabah”a 0:5 hesabı ilə uduzub.

Azərbaycan Premyer Liqasının XVI turunun üç oyunda böyük hesab qeydə alınıb. Matc.az xəbər verir ki, “Qarabağ” “Sumqayıt”a 6:1, “Kəpəz” “Qəbələ”yə 3:0, “Sabah” isə “Səbail”ə 4:0 hesabı ilə qalib gəlib.
 
Üç günü əhatə edən turda hər günə bir böyükhesablı nəticə düşüb. Bununla mövsümün rekordu təkrarlanıb. Buna qədər yalnız mövsümün ilk turunda üç böyükhesablı qələbə qazanılmışdı.
 
Avqustun 4-6-sı aralığına təsadüf edən açılış turunda “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3, “Səbail” “Sumqayıt”a 1:4, “Qəbələ” isə “Sabah”a 0:5 hesabı ilə uduzub.
 
Ümumiyyətlə, bu mövsümün 16 turunda 15 dəfə böyükhesablı nəticə qeydə alınıb. Bunun 8-ni ev sahibləri, 7-ni isə qonaqlar bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest