Bu tur orta məhsuldarlıq 3,80 olub. Cari mövsümün X turunda da 19 qol qeydə alınmışdı ki, orada da orta məhsuldarlıq 3,80 idi.

Azərbaycan Premyer Liqasının XVI turunda qapılara 19 qol vurulub. Matc.az xəbər verir ki, bu, həm cari mövsümün, həm də son iki ilin rekordunun təkrarlanması deməkdi.
 
Geridə qalan turda “Qarabağ” “Sumqayıt”ı 6:1, “Neftçi” “Turan Tovuz”u 3:2, “Sabah” “Səbail”i 4:0, “Kəpəz” isə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib. Təkcə “Zirə” - “Araz-Naxçıvan” qarşılaşmasında qol səsi çıxmayıb.
 
Bu tur orta məhsuldarlıq 3,80 olub. Cari mövsümün X turunda da 19 qol qeydə alınmışdı ki, orada da orta məhsuldarlıq 3,80 idi.
 
Sonuncu ən yüksək məhsuldarlıq isə 2021-22 mövsümündə, yəni 25 ay əvvələ təsadüf edib. 2021-ci ilin noyabrında keçirilən 4 qarşılaşmada 17 qol olub ki, bu da orta məhsuldarlığın 4,25-ə bərabər olması deməkdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest