Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raund mərhələsində Rumıniya və Niderlandla keçirəcəyi oyunların heyəti müəyyənləşib. Həmçinin, qarşılaşmaların tarixi və hakimləri də bəllidi.

Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raund mərhələsində Rumıniya və Niderlandla keçirəcəyi oyunların heyəti müəyyənləşib. Matc.az xəbər verir ki, həmçinin, qarşılaşmaların tarixi və hakimləri də bəllidi.

Dekabrın 15-də Rumıniyanı qəbul edəcək komandamız, beş gün sonra Niderlandın qonağı olacaq. Bu məqsədlə milli dekabrın 11-dən 17-dək Bakıda, 18-dən 20-dək isə Niderlandda təlim-məşq toplanışı keçəcək.

Baş məşqçi Vitali Borisov toplanışa 16 futzalçı çağırıb:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan)

Oyunçular: Emil Həsənzadə, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amaedu (hamısı “Araz-Naxçıvan”), Amir Şojaei, Fərid Atakişiyev, Ülvi Əliyev, Mirzə Əmirov (hamısı “Neftçi” İK), Tofiq Mikayılov, Oktay Rüstəmli, Nihad İsmayılov (hamısı “Baku Fire”), Rafael Vilela (“Andelext”, Belçika), Hadi Ahmedi (“Aktobe”, Qazaxıstan), Felipinyo (“Kancil”, İndoneziya). 

 

Oyunların təqvimi

15 dekabr

20:00. Azərbaycan – Rumıniya

Hakimlər: Damian Qrabovski, Slavomir Steçko, Monika Çudzinoviç (hamısı Polşa)

Hakim-inspektor: Qjerqji Bitri (Malta)

UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)

Bakı İdman Sarayı

 

20 dekabr

21:30. Niderland – Azərbaycan

Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva)

Hakim-inspektor: Karel Heniç (Çexiya)

UEFA nümayəndəsi: Fabritsio di Feliçe (İtaliya)

Almere. Topsportsentrum

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest