11 Dekabr 2023, 11:16
FUTBOL
Millimizin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasından ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Livan Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, xorvatiyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Livanlılar daha güclü baş məşqçi gətirmək üçün bu addımı atdıqlarını gizlətməyiblər. Federasiya yanvarın 12-də startı veriləcək Asiya Kubokuna daha güclü çalışdırıcı ilə hazırlaşmaq niyyətindədi.
Qeyd edək ki, Nikola Yurçeviç oktyabrın 2-də Livan yığmasının baş məşqçisi təyin olunmuşdu. O, 2019-cu ildə Azərbaycan millisinə rəhbərlik edib.