Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ölkə çempionatlarında ev oyunlarında ən uzun müddət məğlub olmayan komandaların adlarını sıralayıb. Matc.az xəbər verir ki, “Srvena Zvezda” Serbiya çempionatının XVIII turunda “Mladost”u 3:1 hesabı ilə məğlub edərək, dünya rekordunu qırıb.
Belqrad təmsilçisi artıq 122 oyundu ki, evdə rəqiblərinə uduzmur. Serblər bununla evdəki ardıcıl 121 matçda məğlubiyyət üzü görməyən “Real”ın rekordunu yeniləyib.
Azərbaycan çempionatının bu baxımdan rekordçusu isə “Neftçi”di. Bakı təmsilçisi çempionatın ardıcıl 57 ev görüşündə uduzmayıb.
1. “Srvena Zvezda” (30/04/2017 - ?) – 122 oyun
2. “Real” (17/02/1957 - 07/03/1965) - 121
3. “Srvena Zvezda” (29/08/1998 - 07/08/2004) - 96
4. PSV (17/09/1983 - 19/03/1989) - 93
5 “Nant” (15/05/1976 - 07/04/1981) - 92
6. “Kobreloa” (20/04/1980 - 22/09/1985) - 91
7. “Spartak”, Trnava (30/03/1968 - 02/04/1974) - 89
8. “Torino” (31/01/1943 - 06/11/1949) - 88
9. “Çelsi” (20/03/2004 - 26/10/2008) - 86
10. “Panatinaikos” (08/04/1973 - 16/04/1978) - 85