“Beşiktaş”da qış fasiləsi yaranmamış köklü islahatlara start verilib. Matc.az xəbər verir ki, İstanbul nəhəngi 5 futbolçusunu heyətdən kənarlaşdırıb.

Bunlar Vensan Abubakar, Valanten Rozye, Erik Bayi, Raşid Qezzal və Yan Onanadı. Adıçəkilən oyunçular zəif təsir bağışladıqları və komandada ab-havanı pozduqları üçün heyətdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Super Liqasında 15 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest