“Hatayspor”un məşqçisi Gökhan Kağıtçıoğlu Superliqanın XV turunda “Başakşəhər”lə keçirilən oyunla bağlı fikirlərini bölüşüb. Baş məşqçi Volkan Dəmirəl cəzalı olduğu üçün komandanı meydana buraxan mütəxəssis Renat Dadaşovun qarşılaşmanın son dəqiqələrində penaltini qaçırmasına da münasibət bildirib.
“Hatayspor”un məşqçisi Gökhan Kağıtçıoğlu Superliqanın XV turunda “Başakşəhər”lə keçirilən oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, baş məşqçi Volkan Dəmirəl cəzalı olduğu üçün komandanı meydana buraxan mütəxəssis Renat Dadaşovun qarşılaşmanın son dəqiqələrində penaltini qaçırmasına da münasibət bildirib.
O, 24 yaşlı forvarda güvəndiklərini deyib:
“Dadaşov bizim penalti vuran futbolçumuzdu. İndiyə qədər vurduğu bütün zərbələr qolla nəticələnmişdi. Ona çox güvənirik. Ancaq futbolda belə hallar olur. Son dəqiqələrdəki yorğunluğun və təzyiqin bunda rol oynadığını düşünürəm”.
Qeyd edək ki, Azərbaycan millisinin forvardının 90+9-cu dəqiqədə penaltini qaçırdığı matç “Başakşəhər”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.