Pyer-Emerik Obameyanq Avropanın Top-5 liqalarında səfərdə 100-cü qolunu vurub. Matc.az xəbər verir ki, o, “Marsel”in heyətində bunu bacarıb.

Ulduz futbolçu Fransa çempionatının XV turunda “Loryen” üzərində səfər qələbəsinə (4:2) dubla töhfə verib. Bununla qabonlu forvard “böyük beşlik” ölkələrinin çempionatlarında qol sayını 100-ə çatdırıb.

O, daha əvvəl “Barselona”, “Arsenal”, “Borussiya”, Dortmund və “Sent-Etyen”də çıxış edib.

Qeyd edək ki, hazırda Top-5 liqada çıxış edən futbolçular arasında Robert Levandovski (143), Harri Keyn (119) və Çiro İmmobile (101) səfərdə daha çox qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest