11 Dekabr 2023, 16:19
FUTBOL
UEFA prezidenti Aleksander Çeferin 2031-ci ilə qədər postunda qala bilər. Matc.az xəbər verir ki, 56 yaşlı funksioner bunun üçün hətta qitə futbol qurumunun nizamnaməsində dəyişiklik etməyi planlaşdırır.
O, UEFA İcraiyyə Komitəsinin Hamburqda keçirilən iclasında da bunu təklif etmişdi. Çeferinin ilk prezidentlik müddətinin ləğvi və onun növbəti seçkilərdə namizədliyi gündəmdədi.
Bu təklif Fransanın paytaxtı Parisdə baş tutacaq Konqresdə səsverməyə çıxarılacaq.
Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir. Onun prezidentlik müddəti 2027-ci ilə qədərdi.