“Sevilya” Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Lans”lə oyun üçün komanda azarkeşlərinin Fransaya buraxılmaması təqdirdə UEFA-ya şikayət edəcək. Matc.az xəbər verir ki, daha əvvəl Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib ki, İspaniya klubunun fanatlarının “Lans”la görüşə gəlməsini qadağan etməyi planlaşdırır.
Bu qərar azarkeşlər arasında qarşıdurma riskinin artması ilə əlaqələndirilir. Məsələ burasındadı ki, Fransa Liqa 1-nin XIV tur oyunundan əvvəl “Nant”ın bir azarkeşi davada ölüb.
“Sevilya” tərəfi isə buna qarşıdı. Rəhbərlik qadağanın qarşısını almaq üçün İspaniya hökuməti ilə danışıqlar aparır. Çünki bir çox azarkeş “Lans”la matçı izləmək üçün Fransaya uçuş bileti alaraq, ora səfər edib.
Qeyd edək ki, “Lans” – “Sevilya” oyunu sabah keçiriləcək.