“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç kluba üçüncü dönüşünü qeyd etməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, isveçli müddətdə kluba kömək etmək üçün “rossonyerlər”in sahibi Qerri Kardinale ilə sıx əməkdaşlıq edəcək. Bunun tezliklə elan edilməsi və təfərrüatların açıqlanması gözlənilir. Zlatan çox güman ki, Direktorlar Şurasına daxil olacaq.

Qeyd edək ki, 42 yaşlı İbrahimoviç bu yay karyerasını başa vurduğunu açıqlamışdı. O, karyerası ərzində 819 oyunda 493 qol vurub, 201 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest