11 Dekabr 2023, 23:30
FUTBOL
İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqanın XVI turunda “Everton”un müdafiəçisi Natan Pattersonun boğazından sıxan “Çelsi”nin hücumçusu Nikolas Cekson barədə qərarını açıqlayıb. Matc.az xəbər verir ki, qurum buna görə, oyunçunu cəzalandırmayacaq.
Bildirilib ki, FA hadisənin vaxtında həll olunduğunu düşünür. Buna görə də forvarda qarşı hər hansı ittiham irəli sürməyə səbəb görmür.
Qeyd edək ki, daha əvvəl analoji qayda pozuntularına görə “Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro və “Mançester Siti”nin orta sahə oyunçusu Rodri İngiltərə Premyer Liqasında 3 oyunluq cəza almışdılar.