Çempionlar Liqasında qrup mərhələsinin son turu start götürüb. Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qrupun görüşləri baş tutub.
A qrupunda 1/8 finala öncədən vəsiqə qazanan “Bavariya”ya “Kopenhagen” də qoşulub. Almanlar səfərdə “Mançester Yunayted”i, Danimarka təmsilçisi isə öz meydanında “Qalatasaray”ı üstələyib. Türkiyəlilər mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcəklər.
B qrupunda “Arsenal” və PSV də 1/8 final mərhələsinə vəsiqəni öncədən təmin etmişdi.
C qrupuna gəlincə, bütün görüşlərini qələbə ilə başa vuran Madrid “Real”ı ilə yanaşı, növbəti mərhələyə “Braqa”nı məğlub edən “Napoli” yüksəlib.
D qrupunda isə “İnter” və “Real Sosyedad”ın 1/8 finala vəsiqəni erkən həll etmişdi.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
12 dekabr
A qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) - 0:1
“Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə) - 1:0
Xal durumu: “Bavariya” – 16, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” – 4
B qrupu
“Lans” (Fransa) – “Sevilya” (İspaniya) 2:1
PSV (Niderland) – “Arsenal” (İngiltərə) 1:1
Xal durumu: “Arsenal” – 13, PSV - 9, “Lans” – 8, “Sevilya” – 2
C qrupu
“Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya) - 2:0
“Union” (Berlin, Almaniya) – “Real” (İspaniya) - 2:3
Xal durumu: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” – 2
D qrupu
“İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya) - 0:0
“Zaltsburq” (Avstriya) – “Benfika” (Portuqaliya) - 1:3
Xal durumu: “Real” (Sosyedad) – 12, “İnter” – 12, “Benfika” – 4, “Zaltsburq” - 4