12 Dekabr 2023, 10:16
FUTBOL
Nikaraqua millisinin futbolçusu Vidman Talavera Azərbaycana köçə bilər. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd olunub ki, ölkəsində “Esteli” klubunun formasını geyinən 20 yaşlı vinger iki ölkədən təklif alıb. Onun xidmətində konkret olaraq Azərbaycan və Misirin bir komandası maraqlanır. Lakin həmin klubların adları açıqlanmayıb. Talaveranın yeni ilə qədər qərarını verməsi gözlənilir.
Qeyd edək ki, Vidman Talavera Nikaraqua yığmasında 9 oyuna çıxıb, 1 qol vurub.