“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Hekken”lə oyununu idarə edəcək Yucin Caya Azərbaycan komandaları üçün tanış sima deyil. Albaniyalı ilk dəfə təmsilçilərimizin oyununu idarə edəcək. Cayanın yolu indiyə qədər baş hakim qismində komandalarımızla kəsişməyib.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Hekken”lə oyununu idarə edəcək Yucin Caya Azərbaycan komandaları üçün tanış sima deyil. Matc.az xəbər verir ki, albaniyalı ilk dəfə təmsilçilərimizin oyununu idarə edəcək.
2017-ci ildən FİFA referisi statusunu daşıyan 33 yaşlı Cayanın yolu indiyə qədər baş hakim qismində komandalarımızla kəsişməyib.
Albaniyalı bu mövsüm Konfrans Liqasının təsnifat və qrup oyunlarında, eləcə də, AVRO-2024-ün seçmə mərhələsində Litva - Macarıstan görüşündə ədalət təmsilçisi olub.
Yucin Caya yalnız ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşması üçün Bakıya gəlmişdi. Azərbaycan çempionunun 3:0 hesabı ilə qalib gəldiyi matçda o, dördüncü hakim olub.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq.