Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, “ASCO Arena”nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problem səbəbindən təmir-bərpa işləri davam edir.

Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail” - “Qəbələ” oyununun vaxtı dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, “ASCO Arena”nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problem səbəbindən təmir-bərpa işləri davam edir. “Səbail” məsələ ilə bağlı müraciət ünvanlayıb və “Qəbələ” də bu barədə məlumatlandırılıb.

Bu üzdən qarşılaşma öncədən nəzərdə tutulduğu kimi 17:00-da başlamayacaq. Matçın start fiti saat 13:00-da səslənəcək.

Qeyd edək ki, “Səbail” – “Qəbələ” görüşü dekabrın 15-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest