Türkiyəli hakim Halul Umut Meler karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə “Aspor” nəşri məlumat yayıb.

Bildirilib ki, hazırda xəstəxanada olan FİFA referisi ziyarətinə gələnlərə “məndən bu qədər” deyib.

“Rizəspor”la görüşdən sonra onu vuran “Ankaragücü”nün prezidenti Faruk Koca isə saxlanılıb.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) matçından sonra meydan sahiblərinin prezidenti Faruk Koca meydançaya daxil olaraq, baş hakimin sifətinə yumruqla vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest