12 Dekabr 2023, 13:16
FUTBOL
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr”lə yoldaşlıq oyunu keçirəcək. Matc.az xəbər verir ki, MLS klubu Səudiyyə Ərəbistanında iki görüşdə qüvvəsini sınayacaq.
Komanda əvvəlcə yanvarın 29-da “Əl-Hilal”la qarşılaşacaq. Fevralın 1-də isə “Əl-Nəsr”lə görüş baş tutacaq. Hər iki matç Ər-Riyadda olacaq.
Bir sözlə, fevralın 1-də Messi ilə Ronaldo növbəti dəfə üz-üzə gələ bilər.