“Neftçi”nin U-15 komandasının qapıçısı Nurəziz Əzizovun vəziyyəti yaxşıdı. Matc.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, AFFA U-15 Liqasının XV turunda “Ulduz Mingəçevir”lə görüşün 37-ci dəqiqəsində zədələnən qolkiperin əməliyyat keçirib.

Rəqibin hücumçusu ilə cərimə meydançası daxilində toqquşan Əzizov qarın boşluğundan bərk zərbə alıb. Hətta yolda simptomları üzə çıxıb və Kürdəmir Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Dalağın partlaması diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib. Onun bir neçə gün sonra evə buraxılması planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest