Premyer Liqanın XVI turunda “Zirə” ilə qolsuz bərabərə qalan “Araz-Naxçıvan”da birgünlük istirahət başa çatıb. Matc.az xəbər verir, komanda bu gündən növbəti turun hazırlıqlarına başlayıb.

Baş məşqçi Azər Bağırov bu gündən kollektivi bir araya yığıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan məşqdən əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, futbolçulara Ulu Öndər barədə qısa məlumat verilib.

Bunun ardından bərpa məşqinə start verilib. Heyətdə cəzalı və zədəli futbolçu yoxdu.

Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqanın XVII turu çərçivəsində dekabrın 15-də “Sabah”a qarşı keçirəcək. “Dalğa Arena”dakı görüş saat15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest