Braziliyada keçirilən regional həvəskarlar kuboku oyunu faciə ilə başa çatıb.

Matc.az xəbər verir ki, Santo Antonio da Platinada keçirilən oyun zamanı 21 yaşlı futbolçunu ildırım vurub və nəticədə dünyasını dəyişib. Ölən şəxsin Caio Enrique de Lima Goncalves olduğu müəyyən edilib. Futbolçu "União Jairense" və "Unidos" komandaları arasında keçirilən oyunda iştirak edib. Daha 6 futbolçunun zədələndiyi qeyd edilir. “Globo”nun məlumatına görə, beş nəfər xəstəxanada həkim nəzarətindədir. Daha bir idmançının vəziyyəti isə ağırdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest