“Barselona"nın müdafiəçisi Sergi Roberto müqaviləsinin başa çatmasına baxmayaraq, yaxın vaxtlarda Kataloniya klubundan ayrılmaq fikrində olmadığını vurğulayıb.

Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Xavi rəhbərliyi altında oynayanda özümü çox rahat hiss edirəm. Mənə güvənəcəklər. Mövsümün sonunda klub məndən razı olsa, qalacam. İndi “Barselona” ilə danışıqlar aparıram. Hazırda başqa komandaya keçmək fikrim yoxdur. "İnter”ə və ya "Palmeyras"a keçməyimlə bağlı dediklərinin hamısı yalandır. Düzdür, gələcəkdə özümü MLS- də sınamaq istərdim , amma indi bu keçidin vaxtı deyil. Hazırda burada qalmaq istəyirəm. Ola bilsin ki, bir ildən sonra başqa bir Avropa və ya Amerika klubunda oynamaq istədiyimi deyim, amma bu, sonra olacaq. Bunun tezliklə baş verəcəyini düşünmürəm”.

Qeyd edək ki, 31 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bu mövsüm Roberto bütün turnirlərdə klub ilə 6 matçda 1 qol vurub. Futbolçu sağ ayağının alt əzələsindən aldığı zədə səbəbindən bir aydan çox meydanı buraxmalı olub.

Xatırladaq ki, Serxi Robertonun "Barselona"dakı üç keçmiş komanda yoldaşı "İnter”də çıxış edir - Lionel Messi, Serxio Buskets və Xordi Alba.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest