“Ankaragücü” prezidenti Faruk Koca "Rizəspor"la Türkiyə çempionatının 15-ci tur duelinin hakiminə hücum etdiyi üçün istefa verib və üzr istəyib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. “Ankaragücü” – “Rizəspor” görüşü bir gün əvvəl Ankarada baş tutub və 1:1 hesabı ilə başa çatıb. Matçın bitməsindən dərhal sonra meydançaya qaçan Koca almacıq sümüyü sınıb xəstəxanaya yerləşdirilən hakim Halil Umut Meləri sifət nahiyəsinə vurub. Həbs edilən Koca hər kəsdən üzr istəyib: “Halil Umut Melerə qarşı etdiyimə görə ondan və ailəsindən, türk hakim camiyəsindən, idman ictimaiyyətindən və millətimizdən üzr istəyirəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest