12 Dekabr 2023, 22:59
FUTBOL
Antidopinq qaydalarını pozmaqda təqsirləndirilən “Yuventus”un yarımmüdafiəçisi və Fransa millisinin dünya çempionu Pol Poqbanın işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məhkəmə prosesi yanvarın 18-də başlayacaq. Dinləmə İtaliya Milli Antidopinq Tribunalında keçiriləcək. Avqustun 20-də Poqbadan götürülmüş nümunədə testosteron metabolitləri aşkar edilib. B dopinq testi də qadağan olunmuş maddənin olması üçün müsbət nəticə verib.
Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, ittiham tərəfi Poqba üçün 4 illik qadağa tələb edib.