13 Dekabr 2023, 11:31
FUTBOL
Rusiya klubları “Sabah”ın baş məşqçisi Murad Musayevdən əl çəkmir. Matc.az “Metaratings”ə istinadən xəbər verir ki, indi də “Şinnik” 40 yaşlı mütəxəssisə elçi düşüb.
Bununla bağlı hətta hətta Yaroslavl klubunun idman koordinatoru Aleksandr Pobeqalov Azərbaycana gəlib. Bunun baş direktor Qalimcan Xayrulin də təsdiqləyib. O, Dmitri Xomuxanın istefasından sonra yeni baş məşqçi məsələsinin bu ay həllini tapacağını söyləyib: “Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.
Qeyd edək ki, Murad Musayev “Alaniya”nın da diqqət mərkəzindədi.