Qarşıdakı oyuna tam hazırıq. Bilirik ki, bizi vacib görüş gözləyir”. Bunu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib. 28 yaşlı orta sahə oyunçusu sabahkı qarşılaşmada qələbəni hədəflədiklərini bildirib.

Qarşıdakı oyuna tam hazırıq. Bilirik ki, bizi vacib görüş gözləyir”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.

Monteneqrolu futbolçu Avropa Liqasının qrup mərhələsində İsveç klubu “Hekken”lə keçiriləcək oyun ərəfəsində mətbuat konfransına qatılıb.

28 yaşlı orta sahə oyunçusu sabahkı qarşılaşmada qələbəni hədəflədiklərini bildirib: “Bunun üçün əlimizdən gələni edəcəyik. Hava şəraiti bizə problem yaratmayacaq. Əlimizdəki imkandan yararlanmaq və bacarığımızı ortaya qoymaq istəyirik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest