“Əl-İttihad”ın hücumçusu Kərim Benzema klublararası dünya çempionatının “Oklend Siti” ilə oyununda qol vurub. Matc.az xəbər verir ki, fransalı forvard komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə tarixə düşüb.

Belə ki, 35 yaşlı oyunçu 4-cü dəfə qatıldığı klublararası dünya çempionatında qol vurmağı bacarıb. O, tarixdə bunu reallaşdıran ilk futbolçudu.

Qeyd edək ki, “Əl-İttihad” ¼ final mərhələsində Misirin “Əl-Əhli” klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest