"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandasının Çempionlar Liqasındakı çıxışı barədə danışıb.

Matc.az xəbər verir ki, 6-cı turda "Mançester Yunayted" "Bavariya"ya 0:1 hesabı ilə uduzaraq, avrokuboklardan kənarlaşdırılıb. Klub 4 xal toplayıb. Komanda A qrupunun turnir cədvəlində sonuncu yerdə qərarlaşıb. Çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Biz səhvlərə yol verdik. Futbolçulardan bir neçə fərdi səhvlər gördük. Bu gün çox yaxşı oynadıq və uduzmağa layiq deyildik. Amma uduzduq. Bundan dərs almalıyıq. Yaxşı futbol oynadıq. Çempionlar Liqasında Rasmus Hojlund beş qol vurdu. Bu, çox yaxşı bir performansdır və biz bunu Premyer Liqaya çıxarmalı və gələn mövsüm Çempionlar Liqasına qayıtmalıyıq ".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest