"Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının Çempionlar Liqasının 6-cı turunda “Bavariya” ilə oyunundakı çıxışından razı qaldığını bildirib.
Matc.az xəbər verir ki, görüş münhenlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bütün matç ərzində “Mançester Yunayted” hədəfə yalnız bir zərbə endirib. Nəticədə İngiltərə klubu turnir cədvəlində sonuncu yeri tutub və avrokuboklardan kənarlaşdırılıb. Britaniyalı jurnalist Morqan "Mançester Yunayted"in avrokuboklardan kənarlaşdırılmasından sonra ten Haqın razılıq açıqlamasını məsxərəyə qoyub: "Məncə, oyun belə alındı. Hər iki komandanın çox şansı olmadı. Amma düşünürəm ki, biz yaxşı sürətli oynadıq. "Bavariya"nı mübarizədən kənarlaşdıra bildik. Brunonun yaxşı şansı var idi. Ümumiyyətlə, şanslarımız oldu. Hələ çox qol vura bilərdik”.