"Barselona"nın futbolçularına stadionda duş qəbul etmək qadağan edilib
Matc.az xəbər verir ki, Kataloniya Generalitatı regionunda quraqlığın ciddi nəticələrinin qarşısını almaq üçün bir sıra tədbirlər görüb. Hakimiyyət idman zalları və mərkəzlərdə duşdan istifadəni qadağan edəcək. Bu yenilik “Barselona” və “Jirona”nın futbolçularına da təsir edəcək. Tədbirlərin tətbiqini iqlim dəyişikliyi ilə mübarizə, ərzaq və kənd təsərrüfatı naziri Devid Maskurt təsdiqləyib. Bundan sonra oyunçular Generalitatın fərmanına əməl etmək üçün evdə yuyunmalıdırlar. Çünki onlara nə məşq zamanı, nə də matçlardan sonra duşa buraxılmayacaq.
Qeyd edək ki, Kataloniyada indiki quraqlıq son 100 ilin ən pisidir. Su anbarlarında suyun səviyyəsi rekord həddə düşüb.