Yunanıstanlı Dimitris İtudis "Fənərbaxça"nın baş məşqçi postunu tərk edib.

Matc.az xəbər verir ki, 2022-2023 mövsümünün əvvəlindən baş məşqçi olan Dimitris İtudislə yollar ayrılıb. Klub bununla bağlı bəyanat yayıb: Dimitris İtudisə “Fənərbaxça” ailəsinə verdiyi töhfəyə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, cari Avroliqa mövsümündə “Fənərbaxça” 6 qələbə və 7 məğlubiyyətlə 13 oyundan sonra 12-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest