İspaniya Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubiales qalmaqallı öpüşü ilə bağlı ictimaiyyətə açıqlama verib.
Matc.az xəbər verir ki, 2023-cü il Qadınlararası Dünya Kubokunun finalından sonra İspaniya Futbol Federasiyasının keçmiş rəhbəri Rubiales ispaniyalı futbolçu Cennifer Hermosonu qucaqlayıb və öpüb. Geniş tənqidlərdən sonra Rubiales istefa verdiyini açıqlayıb. Oktyabr ayında FİFA onu 3 il müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırıb. O, açıqlamasında deyib: “Öpüş kortəbii idi. Razılıq əsasında idi. Bu, bir öpüşdür, məsələn, lotereya qazandığım gün qızımı və ya lotereya bileti satıcısını öpməyim kimi. Hermoso ilə aramızda etibar var idi. Reallığa uyğun gələn də var, uyğun gəlməyən də. Mən həqiqəti deyirəm. Bu dostcasına öpüş idi. Başqa heç nə yoxdu. Cennifer Hermoso yalan danışdığını bilir. Xorxe Vilda və mən kimi bəzi adamları federasiyadan kənarlaşdırmaq üçün bundan istifadə edən bəzi insanlar tərəfindən tamamilə yalan hekayə yaradılıb”.