13 Dekabr 2023, 22:55
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike Dortmund "Borussiya"sı ilə Çempionlar Liqasının qrup mərhələsinin final oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Matc.az xəbər verir ki, duel dekabrın 13-də Dortmundda keçiriləcək. Çalışdırıcı açıqlamasında deyib: “Biz komandanın Dortmundda qalib gəlməsini və qrupda birinci yeri tutmasını istəyirik. Böyük klublar həmişə böyük matçlarda oynayırlar və mən davamlı olaraq prezidentimizlə hədəflərimizlə bağlı ünsiyyətdə oluram. Mən müsbətə fokuslanmağı və çətin qrupda belə taleyimizin hələ də öz əlimizdə olduğunu görməyi xoşlayıram. Əgər hər şeyə mənfi baxsaq, problemlərimiz olacaq”.
Qeyd edək ki, F qrupuna 10 xalla “Borussiya” başçılıq edir, PSJ isə 7 xalla ikinci pillədə qərarlaşıb.