UEFA Ukrayna Futbol Federasiyasını 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin İtaliya yığması ilə oyununda (0:0) ukraynalı azarkeşlərin irqçi davranışına görə doğma tribunaları qismən bağlamaqla cəzalandırıb.

Matc.az xəbər verir ki, Ukrayna - İtaliya oyunu noyabrın 20-də Leverkuzendə (Almaniya) baş tutub. Bu barədə UEFA-nın rəsmi saytında məlumat paylaşılıb: “Azarkeşlərin irqçi davranışına görə Ukrayna Futbol Assosiasiyası (UAF) 20 min avro cərimələnir və UEFA-nın himayəsi altında keçiriləcək növbəti matçda ən azı 5 min yerlik Ukrayna milli komandasının stadionunun qismən bağlanması tələb olunur”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest