Çempionlar Liqasında daha bir qrupda mübarizə başa çatıb. Matc.az xəbər verir ki, G qrupunda sonuncu – VI turun oyunları keçirilib.
“Mançester Siti” səfərdə “Srvena Zvezda”nı 3:2 hesabı ilə məğlub edib. Belqraddakı qarşılaşmanı idarə edən azərbaycanlı hakim Əliyar Ağayev meydan sahiblərinin 3, qonaqların isə 1 oyunçusuna qırmızı vərəqə göstərib. Ağayev 85-ci dəqiqədə Serbiya təmsilçisinin qapısına penalti təyin edib ki, bu da ingilislərin 3-cü qolu vurmaları ilə nəticələnib.
Qrupun digər oyununda “Leypsiq” evdə “Yanq Boyz”u 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, “Mançester Siti” 18, “Leypsiq” 12 xalla 1/8 finala yüksəlib. “Yanq Boyz” 4 xalla Avropa Liqasının pley-offuna yollanıb, aktivinə 1 xal yazdıran “Srvena Zvezda” isə avrokuboklarla vidalaşıb.