14 Dekabr 2023, 11:53
FUTBOL
PSJ-nin futbolçusu Uorren Zair-Emeri Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. Matc.az xəbər verir ki, o, bu turnirdə qol vuran ən gənc fransız ünvanını ələ keçirib.
Qrup mərhələsinin son turunda Dortmund “Borussiya”sı ilə görüşdə fərqlənən yarımmüdafiəçi 17 yaş 280 günündə bunu reallaşdırıb. O, 2005-ci ildə 17 yaş 352 günündə “Lion”un heyətində fərqlənən Kərim Benzemanın rekordunu yeniləyib.
Qeyd edək ki, “Borussiya” ilə səfərdə heç-heçə (1:1) edən PSJ 1/8 finala adlayıb.