“Qol vurmaqla bağlı komanda yoldaşlarıma məsləhət verə bilmərəm. Müdafiəçi kimi öz işimi görməyə çalışıram. Qol imkanım olanda da bundan yararlanıram”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Yuri Matias mətbuat konfransında deyib.

28 yaşlı futbolçu Premyer Liqada qərarlaşdıqları üçüncü pillədəki mövqedən razı deyil: “Qarabağ”la xal fərqimiz çoxdu, bunu başa düşürük. “Neftçi” üçüncü yerdə olmağa layiq deyil. Azarkeşlərin narazılığını normal qarşılayıram. Heyətimiz yeni qurulub. Asan proses deyil. Ancaq daha yaxşı nəticə qazana və azarkeşləri sevindirə bilərik”.

Braziliyalı oyunçu “Neftçi”də uzun müddət qalmağı planlaşdırır: “Karyeramda harada oynamışamsa, ən azı 3 il orada qalmışam, uğur qazanmağa çalışmışam. “Neftçi”də də məni hər kəs yaxşı qarşıladı. Bu, mənə əlavə motivasiya verdi. Komandamla böyük uğurlar qazanmaq istəyirəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest