“Qarabağ”la oyun həm klub, həm də azarkeşlər üçün önəmli olacaq”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin müdafiəçisi Yuri Matias mətbuat konfransında deyib.

“Qarabağ”la oyun həm klub, həm də azarkeşlər üçün önəmli olacaq”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin müdafiəçisi Yuri Matias mətbuat konfransında deyib.

Braziliyalı futbolçu Premyer Liqanın XVII turunda “Qarabağ”la keçiriləcək görüşün maraqlı alınacağını düşünür: “Hər kəs bu cür rəqibə qarşı oynamaq istəyir. “Qarabağ” güclüdür. Amma biz də “Neftçi”yik, heç kimdən çəkinmirik. Yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunun üçün əlimdən gələni edəcəyəm”.

28 yaşlı oyunçu “Qarabağ”ın bu gün İsveç klubu “Hekken”ə qarşı Avropa Liqasının qrup mərhələsində keçirəcəyi matça da toxunub: “Qarabağ”ın qələbə qazanmasını istəyirəm. Bu komanda yaxşı heyətə malikdi. Bilirəm ki, qarşılaşma Azərbaycan üçün böyük önəm daşıyır”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu dekabrın 18-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest