14 Dekabr 2023, 15:45
FUTBOL
“Millinin baş məşqçisi postuna çox namizədlərin adları çəkiləcək. Çünki bu post hazırda boşdur, ora çox namizədlər irəli sürülür”. Bunu matc.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.
Veteran futbolçunun fikrincə, yığma artıq yerli mütəxəssisə həvalə olunmalıdı: “Mənim üçün kimin gəlməsi fərq etmir, əsas odu ki, millimiz üçün faydalı olsun. Əcnəbi məşqçilər çox gəlib, amma nəticələr o qədər də ürəkaçan olmayıb. Bəlkə də, baş məşqçi postu bu dəfə yerli mütəxəssisə həvalə ediləcək. Gələn məşqçi dəyişikliklər etməlidi”.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi ötən ay vəzifəsindən ayrılıb.