“River Pleyt"in hücumçusu Salomon Rondon karyerasını Meksikada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Venesuelalı “Millonarios”a keçməli idi, lakin klublar arasında əldə olunan razılaşmaya baxmayaraq, imtina edib. Futbolçu “Paçuka”nın təklifini qəbul edib. Qərarını uyğunlaşma problemləri və ailə çətinlikləri ilə izah edib. Rondon bu ilin yanvarından “River Pleyt”də çıxış edir. Buenos-Ayresdən olan komandanın heyətində 34 yaşlı futbolçu 34 oyun keçirib və 10 qol vurub. Forvard əvvəllər Rusiyada “Rubin”, “Zenit” və CSKA-da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest