Britaniyanın məşhur “FourFourTwo” futbol jurnalı tarixin ən yaxşı italyan oyunçularının siyahısını dərc edib.

Matc.az xəbər verir ki, reytinqdə "Yuventus", "Milan" və "İnter"in keçmiş hücumameyilli yarımmüdafiəçisi Roberto Badjio başçılıq edir. İkinci yerdə “Milan”ın sabiq mərkəz müdafiəçisi Paolo Maldini qərarlaşıb. İlk üçlüyü “Yuventus” və PSJ-də çıxış edən qapıçı Cianluici Buffon tamamlayıb.

Maraqlıdır ki, 32 futbolçunun yer aldığı siyahıda hazırkı oyunçular yer almayıb.

Xatırladaq ki, Badjio millinin heyətində ikiqat İtaliya çempionu, İtaliya kubokunun və UEFA kubokunun qalibi, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest