Argentina millisinin hücumçusu Lionel Messinin futbolkaları Nyu-Yorkda keçirilən hərracda satılıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Qeyd olunur ki, Fransa komandası ilə qalibiyyətilə yekunlaşan final oyunundan bir köynək də daxil olmaqla altı oyun köynəyi 7 milyon 803 min dollara satılıb.

Gözlənilirdi ki, kolleksiya Maykl Cordanın “Çikaqo Bulls” komandasının NBA Finalında ilk oyunundan aldığı forma rekordunu qıra bilər. Bu forma 10,1 milyon dollara satıldı ki, bu da “idman xatirə əşyası” üçün ödənilən ən yüksək göstəricidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest