15 Dekabr 2023, 09:18
FUTBOL
Avropa Liqasında həftənin qolu adına namizədlər açıqlanıb. Qrup mərhələsinin son turunun görüşlərinin ardından 4 qol fərqləndirilib. Maraqlıdı ki, siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia da var.
Avropa Liqasında həftənin qolu adına namizədlər açıqlanıb. Matc.az xəbər verir ki, qrup mərhələsinin son turunun görüşlərinin ardından 4 qol fərqləndirilib.
Maraqlıdı ki, siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia da var. Onun “Hekken”lə görüşdə qolu ən yaxşı adına namizəddi.
29 yaşlı pleymeyker 2:1 hesablı qələbədə ikinci topun müəllifi olub. Digər namizədlər “Brayton”dan Joao Pedro, “Renn”dən Lorents Assinyon və “Olimpiakos”dan Daniel Podensedi.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bilinəcək.