15 Dekabr 2023, 21:44
FUTBOL
Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit-raundunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız Rumıniya ilə qarşılaşıb.
Vitali Borisovun baş məşqçisi olduğu komandamız rəqibini Bakı İdman Sarayında qəbul edib. Oyun ərzində üstün olmasına baxmayaraq, millimiz son anda qələbəni əldən verib.
A qrupunun digər qarşılaşmasında Qazaxıstan dünən Niderlanda 2:0 hesabı ilə qalib gəlib.
Hazırda Qazaxıstan 5 oyundan sonra 15 xalla liderdi. Niderland 6 xalla ikinci pillədədi. Azərbaycan və Rumıniya seçmələrinin aktivində 4 xal var.
Qeyd edək ki, millimiz qrupun son görüşündə dekabrın 20-də Niderlandın qonağı olacaq.
DÇ-2024. Elit-raund.
Qrup mərhələsi
Azərbaycan – Rumıniya - 5:5
Qollar: Rafael Vilela, 17, 18, 24, Tofiq Mikayılov, 31, Əmir Şocaei, 33 - Nastai, 21, Andor Balint, 27, Daniel Arauxo, 31 Andor Balint, 34, Andrei Nemitanu, 36
Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz (Hamısı Polşa)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)