“Tez vurulan qol oyunun gedişatına təsir edir. Bəzən isə bu, komanda üçün təhlükəli olur”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade deyib.

24 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində “Hekken”i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra təəssüratlarını bölüşüb: “Oyunboyu üstünlüyümüzü qoruduq. Fasiləyə 2:0 öndə yollanmağımız ciddi üstünlük idi. Paltardəyişmə otağında taktikaları müzakirə edərkən nə etməli olduğunu bilirsən”.

Kabo-verdeli oyunçu tarix yazdıqlarını deyib: “Tarix yazmağımız mənim üçün hələ də ağılasığmazdı. Bunun bir parçası olduğum üçün qürur duyuram. Həyatım boyu bunu yada salacağam”.

Andrade pley-offda üz-üzə gəlmək istədiyi komandaları da qeyd edib: “Anı maksimum yaşamağa çalışıram. Bizim üçün yeni hissdi. Növbəti mərhələdə bütün rəqiblər bizim üçün çətin olacaq. Hamısı böyük klublardı. Ancaq Portuqaliya komandalardan birinin düşməsini istərdim. Çünki orada böyümüşəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest