15 Dekabr 2023, 10:52
FUTBOL
Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək iki oyunun VAR təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, “Səbail” – “Qəbələ” görüşündə bu işi Tural Bayramov görəcək.
Qarşılaşmada AVAR Kamran Bayramov olacaq.
“Araz-Naxçıvan” – “Sabah” matçında isə Çempionlar Liqasının qrup mərhələsində “Srvena Zvezda” – “Mançester Siti” oyununu idarə edən Əliyar Ağayev VAR hakimi olacaq. Pərvin Talıbov AVAR kimi iş başında olacaq.
Qeyd edək ki, “Səbail” – “Qəbələ” oyunu saat 13:00-da “Araz-Naxçıvan” – “Sabah” görüşü isə 15:00-da başlayacaq.