AFFA İşçi Qrupunun tərkibini müəyyənləşdirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi üçün yaradılan qrupa qurumun prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə vitse-prezident Elşad Nəsirov rəhbərlik edəcək.
Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov üzv təyin olunublar.
Bu gün İşçi Qrupun tam tərkibdə ilk onlayn iclası baş tutub. Toplantıda ümumi fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən ay keçirilən fövqəladə iclasında xüsusi İşçi Qrupunun yaradılması barədə qərar verilmişdi.