“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Hekken”lə Bakıdakı oyununu izləyənlər arasında “Liverpul”un nümayəndəsi də olub. “Qırmızılar”ın skautu Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı canlı izləyib.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Hekken”lə Bakıdakı oyununu izləyənlər arasında “Liverpul”un nümayəndəsi də olub. Matc.az xəbər verir ki, “qırmızılar”ın skautu Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı canlı izləyib.
Məqsəd “Hekken”in vingeri Mamadu Sonkonun çıxışını yerində görmək olub. Çünki İngiltərə təmsilçisi 18 yaşlı oyunçunun transferində maraqlıdı. Sonko “Barselona” və “Leypsiq”in də gündəmindədi. İsveç klubu gənc oyunçusunun transferindən minimum 9 milyon avro gəlir götürmək niyyətindədi.
Qeyd edək ki, “Hakken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla H qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib.