AFFA-nın yeni yaratdığı İşçi Qrupu bu gün ilk iclasını keçirib. Heyətin növbəti toplantısının vaxtı da artıq bəllidi. Belə ki, İşçi Qrupu dekabrın 26-da ikinci iclasını keçirəcək. Həmin toplantı da onlayn şəkildə olacaq.

AFFA-nın yeni yaratdığı İşçi Qrupu bu gün ilk iclasını keçirib. Matc.az xəbər verir ki, heyətin növbəti toplantısının vaxtı da artıq bəllidi.

Belə ki, İşçi Qrupu dekabrın 26-da ikinci iclasını keçirəcək. Həmin toplantı da onlayn şəkildə olacaq. Növbəti iclasdan etibarən qonaq qismində mütəxəssislərin də dəvət edilməsi planlaşdırılır.

Qeyd edək ki, ötən ay keçirilən AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında xüsusi İşçi Qrupunun yaradılması qərar alınıb. Bu qrupun məqsədi Azərbaycan millisinin baş məşqçi postuna namizədləri müəyyən etməkdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest